İstanbul. Mayis Əlizadə - APA. Pantürkizmin yaradıcısı İsmayıl bəy Qaspralının vəfatının 100-cü ilində Türkiyədə tədbirlər keçirən “Türk Ocaqları”nın İstanbul şöbə başqanı, doktor Cəzmi Bayramın APA-ya müsahibəsi
- Qaspralının ölümünün 100-cü ilində təşkilatınız hansı tədbirləri keçirir?
- Keçə həftə İstanbul Universiteti ilə birlikdə və Türkiyənin müxtəlif qurumlarının dəstəyi ilə İsmayıl bəy Qaspralıya həsr edilmiş 3 günlük beynəlxalq konfrans keçirdik. 50 məruzəçinin 38-i xaricdən gəlmişdi. Azərbaycandan Yaponiyaya, Rusiyadan Avropa ölkələrinə qədər toplantımıza dəvət etdiyimiz alimlər XXI əsrdə türk dünyası arasındakı əlaqələrin dərinləşdirilməsi yollarını müzakirə etdilər. Əsas prinsipimiz təbii ki, Qaspralının “Dildə, fikirdə, işdə birlik!”- şuarıdır, əsas məqsədimiz o şüardan irəli gələn vəzifələri müasir dövrdə uğurla həyata keçirməkdir. Qeyd etməliyəm ki, indi Qaspralının müəyyənləşdirdiyi prinsipləri həyata keçirmək keçmişə nisbətən daha asandır. Sadəcə, hədəfimizə doğru planlı-proqramlı şəkildə irəliləməyimiz lazımdır.



